“Trabzonspor” - “Fənərbaxça” matçındakı davaya görə CƏZALAR

Xəbərlər
3 Aprel 2024 16:03
280
“Trabzonspor” - “Fənərbaxça” matçındakı davaya görə CƏZALAR

Türkiyə Super Liqasının XXX turunun “Trabzonspor” - “Fənərbaxça” matçının gedişində və oyundan sonra yaşanan qalmaqalla bağlı cəzalar bəlli olub.

İdman.biz xəbər verir ki, ev sahibləri növbəti 6 ev oyununu azarkeşsiz keçirəcəklər.

Rəqib azarkeşlərlə dava edən “Fənərbaxça”nın futbolçuları Ceydon Oostervold və İrfan Can Eğribayat 1 oyunluq cəza alıb. “Trabzonspor”un köməkçi məşqçisi Egemen Korkmaz da 1 matçlıq diskvalifikasiya olunub.

Qeyd edək ki, qalmaqallı matçdan sonra Türkiyə Daxili İşlər Nazirliyi 12 nəfəri saxlayıb.

İdman.biz