Ronaldodan het-trik və YUBİLEY - VİDEO

Xəbərlər
3 Aprel 2024 09:17
581
Ronaldodan het-trik və YUBİLEY - VİDEO

Portuqaliya millisinin və “Əl-Nəsr”in futbolçusu Kriştiano Ronaldo karyerasında 250-ci assistə imza atıb.

İdman.biz xəbər verir ki, hücumçu Səudiyyə Ərəbistanı çempionatının “Abha” ilə matçında fərqlənib.

Ronaldo 3 qol vurduğu görüşdə bir assistə də imza atıb. O, karyerası ərzində keçirdiyi 1215 matçda 885 qol vurub və 250 assist edib.

Qeyd edək ki, Kriştiano hər qarşılaşmada orta hesabla 0,96 qolda pay sahibi olub.

İdman.biz