“Barselona”nın “El Klassiko”da itki təhlükəsi

Xəbərlər
1 Aprel 2024 12:05
144
“Barselona”nın “El Klassiko”da itki təhlükəsi

“Barselona” ciddi itki təhlükəsi ilə üzləşib.

İdman.biz xəbər verir ki, Xavi “Real”la “El Klassiko”da iki futbolçusundan yararlanmaya bilər.

Robert Levandovski və Joao Kanselunun cəzalanmaq təhlükəsi yaranıb. Bu iki futbolçu və İnyiqo Martines “Las-Palmas”la görüşdə (1:0) aldıqları sarı vərəqələr üzündən cəzalı duruma düşüblər. Onlar növbəti turun “Kadis”lə görüşünü buraxmalı olacaqlar.

Amma Levandovski və Kanselunun bilərəkdən sarı vərəqə almaları şübhəsi yaranıb. Hər iki oyunçu “Kadis”lə qarşılaşmada vərəqə almaq təhlükəsindən qaçmaq üçün həmin görüşü buraxmaq məqsədilə belə etməkdə diqqət çəkib. Çempionatın intizam məcəlləsində bununla bağlı xüsusi bənd var. Əgər futbolçu cəzalı duruma düşmək üçün bilərəkdən sarı vərəqə alırsa, bir deyil, iki matçlıq diskvalifikasiya olunur.

Qeyd edək ki, bu barədə qərarı federasiyanın İntizam Komitəsi verəcək.

İdman.biz

Məqalədə: