İbrahima Konate və Eder Militao çərşənbə axşamı “Real Madrid”in ümumi məşqində iştirak ediblər.
İdman.Biz İspaniya mediasına istinadən xəbər verir ki, hər iki futbolçu komanda ilə tam məşq sessiyası keçirib və şənbə günü “Vilyarreal”a qarşı matçda heyətə düşmək şansı qazanıb.
Militaonun start heyətinə qayıtması üçün isə daha çox vaxta ehtiyac duyulur. Braziliyalı müdafiəçi zədə səbəbindən bütün mövsümöncəsi hazırlığı buraxıb. O, rəsmi oyunlara qayıtmazdan əvvəl fiziki formasını bərpa etməlidir.
“Real Madrid”in Militaonun dönüşünü tələsmədən və ehtiyatlı şəkildə idarə edəcəyi gözlənilir.
Konatenin vəziyyəti isə daha yaxşı qiymətləndirilir. Fransalı müdafiəçi həftənin qalan günlərində də komanda ilə məşq edərsə, “Vilyarreal”la görüşdə ilk 11-likdə yer ala bilər.
