Yığmamız ilk arzusunda

Xəbərlər
25 Mart 2024 12:52
117
Yığmamız ilk arzusunda

Bu gün Bolqarıstanla üz-üzə gələcək Azərbaycan millisi tarixində 6-cı dəfə bu rəqiblə görüşəcək.

İdman.biz xəbər verir ki, rəqiblər indiyədək 5 dəfə üz-üzə gəliblər.

Bu matçlardan ikisi seçmə mərhələ, üçü yoldaşlıq oyunu çərçivəsində baş tutub. İndiyədək qalib gəlməyən Azərbaycan millisi ilk qələbə üçün mübarizə aparacaq.

Əvvəlki 5 oyunda yalnız bir heç-heçə edən yığmamız 4 dəfə uduzub. Rəqib qapısından 2 top keçirən futbolçularımız 9 qol buraxıblar. Komandamızın qollarına Ramiz Məmmədov 2000-ci, Dmitri Nazarov 2014-cü ildə imza atıb.

Yoldaşlıq oyunları
26.07.2000. Varna. Bolqarıstan – Azərbaycan – 2:1
20.02.2002. Sofiya. Bolqarıstan – Azərbaycan –3:0
17.11.2004. Bakı. Azərbaycan – Bolqarıstan – 0:0

AVRO-2016-nın seçmə mərhələsi
09.09.2014. Bakı. Azərbaycan – Bolqarıstan – 1:2
13.10.2015. Sofiya. Bolqarıstan – Azərbaycan –2:0

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Bolqarıstan matçı saat 20:00-da başlayacaq.

İdman.biz

Məqalədə: