Andrey Lunyovla bağlı plan

Xəbərlər
25 Mart 2024 09:17
Andrey Lunyovla bağlı plan

Rusiya millisinin Paraqvayla baş tutmayan oyunu üçün planları bəlli olub.

İdman.biz xəbər verir ki, bunu yığmanın baş məşqçisi Valeri Karpin açıqlayıb.

Təcrübəli mütəxəssis ləğv olunan matçda meydana buraxmağı planlaşdırdığı futbolçuların siyahısını öncədən müəyyənləşdiribmiş. Karpinin planlarında "Qarabağ"ın qapıçısı Andrey Lunyov da olub: "Paraqvayla matçın start heyətini 80-90 faiz müəyyənləşdirmişdim. Artıq sirr saxlamağın mənası yoxdur. Qapıda Andrey Lunyov olacaqdı".

Qeyd edək ki, Rusiya – Paraqvay oyunu məlum terror aktı səbəbindən ləğv edilib.

İdman.biz

Məqalədə: