Endrikdən “Uembli”də ilk, Braziliyada 4-cü - VİDEO

Xəbərlər
24 Mart 2024 01:08
136
Endrikdən “Uembli”də ilk, Braziliyada 4-cü - VİDEO

Endrik Braziliya yığmasının heyətində fərqlənən 4-cü ən gənc futbolçu olub.

İdman.biz xəbər verir ki, 17 yaşlı futbolçu İngiltərə komandası ilə yoldaşlıq oyununda yeganə qolu vurub.

Endrik həmyerliləri Pele, Edu və Ronaldodan sonra bu siyahıda yer alıb. Bundan başqa, o, “Uembli”də qol vuran ən gənc futbolçu kimi tarixə düşüb. “Palmeyras”ın üzvü 80-ci dəqiqədə topu ingilislərin qapısından keçirib.

Qeyd edək ki, Endrik “Real”la müqavilə imzalayıb. O, yayda komandanın heyətinə qoşulacaq.

İdman.biz