Yığmamızdan yeddinci uğursuzluq

Xəbərlər
23 Mart 2024 16:54
130
Yığmamızdan yeddinci uğursuzluq

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi tarixində 7-ci dəfə seçmə mərhələnin ev oyununda 4 və ya daha çox top fərqi ilə uduzub.

İdman.biz xəbər verir ki, yığmamız İngiltərə ilə "Azərsun Arena"dakı matçda 1:5 hesabı ilə məğlub olub.

Komandamız 1994-cü ildə debüt etdiyi seçmə mərhələlərdə ən ağır ev məğlubiyyətini Almaniyadan alıb – 0:7. Millimiz öz meydanında üç dəfə 0:5 hesabına üzülüb.

Üç dəfə isə qonaqlar 4 top fərqi ilə qalib gəliblər. Şotlandiya 4:0, Xorvatiya isə İngiltərə kimi 5:1 hesabına sevinib.

13.12.1994. Azərbaycan – Fransa – 0:5
25.04.1995. Azərbaycan – Rumıniya – 0:5
02.09.2000. Azərbaycan – İsveç – 0:5
14.11.2009. Azərbaycan – Şotlandiya – 0:4
09.11.2017. Azərbaycan – Almaniya – 0:7
12.10.2021. Azərbaycan – Xorvatiya – 1:5
22.03.2024. Azərbaycan – İngiltərə - 1:5

İdman.biz

Məqalədə: