Andrey Lunyovun yolu açılır: Rəqibi göndərilib

Xəbərlər
22 Mart 2024 20:48
2 589
Andrey Lunyovun yolu açılır: Rəqibi göndərilib

“Qarabağ”ın qapıçısı Andrey Lunyovun düşərgəsində olduğu Rusiya millisində oynamaq şansı artıb.

İdman.biz xəbər verir ki, buna yığmanın heyətindəki dəyişiklik səbəb olub.

Serbiya ilə dünənki yoldaşlıq oyununda (4:0) “1 nömrə” olan Matvey Safonov millinin düşərgəsini tərk edib. O, formasını geyindiyi “Krasnodar”a göndərilib.

Məşqçilər korpusu öz işini layiqincə görən əsas qapıçıdan razı qalıb. Onlar Safonovun əvəzləyicilərinə şans verməyi lazım biliblər.

Paraqvayla görüşün hazırlığında Lunyovla yanaşı daha iki qapıçı iştirak edir. Safanovun yoxluğunda qapıya yolu açılanlar Aleksandr Maksimenko və Yuri Lodıgindir.

Qeyd edək ki, Rusiya – Paraqvay matçı martın 25-də keçiriləcək.

İdman.biz