Qapısına yol tapmadığımız rəqib

Xəbərlər
22 Mart 2024 12:00
682
Qapısına yol tapmadığımız rəqib

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün AVRO-2025-in seçmə mərhələsində növbəti oyununu keçirəcək.

İdman.biz xəbər verir ki, İngiltərə ilə görüş iki yığma arasında 5-ci duel olacaq.

Bunadək komandaların yolları iki seçmə mərhələdə kəsişib. AVRO-2006-nın Bakıdakı görüşündə futbolun yaradıcılarından xal alan Azərbaycan millisi sonrakı üç qarşılaşmada uduzub.

Həm AVRO-2006, həm də AVRO-2013-ün səfər matçlarından xalsız ayrılan yığmamız Bakıdakı ikinci dueldə də məğlub olub. Bu üç görüşdə futbolçularımız qol vura bilməyib. Rəqib isə 10 dəfə fərqlənib.

AVRO-2006-nın seçmə mərhələsi
12.10.2004. Azərbaycan – İngiltərə - 0:0
29.03.2005. İngiltərə - Azərbaycan – 2:0

AVRO-2013-ün seçmə mərhələsi
01.09.2011. İngiltərə - Azərbaycan – 6:0
06.09.2012. Azərbaycan – İngiltərə - 0:2

Qeyd edək ki, "Azərsun Arena"da keçiriləcək Azərbaycan – İngiltərə matçı saat 16:00-da başlayacaq.

Vüqar Xeyrullayev
İdman.biz

Məqalədə: