Tarixin 60-cı qələbəsinə doğru

Xəbərlər
20 Mart 2024 18:12
680
Tarixin 60-cı qələbəsinə doğru

Azərbaycan milli komandası martın 22-də növbəti oyununu keçirəcək.

İdman.biz-in məlumatına görə, yığmamız Monqolustanla yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.

Bakıdakı matç komandamızın tarixində 296-cı sınaq olacaq. İlk oyununu 1992-ci il sentyabrın 17-də Gürcüani şəhərində Gürcüstan yığmasına qarşı oynayıb, 3:6 hesabı ilə uduzan komandamız indiyədək 295 matça çıxıb.

Bu müddətdə 59 qələbə qazanan yığma Monqolustana qalib gəlsə, tarixinin 60-cı uğuruna imza atacaq. İndiyədək 77 heç-heçəyə nail olan milli 159 dəfə uduzub. Əvvəlki 295 qarşılaşmada 226 qol vuran futbolçularımız 488 top buraxıb.

Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq qarşılaşma millinin 136-cı yoldaşlıq oyunu olacaq. Bunadək 135 belə matça çıxan komandamız 38 qələbə qazanıb, 44 heç-heçə edib və 53 dəfə uduzub. 128 qol vuran yığma 170 top buraxıb.

Qeyd edək ki, “FİFA series – Edition 2024” çərçivəsində keçiriləcək Azərbaycan - Monqolustan görüşü saat 20:00-da başlayacaq.

Vüqar Xeyrullayev
İdman.biz

Məqalədə: