“Yuventus” Alleqrini əvəzləməyə üç namizəd tapıb

Xəbərlər
18 Mart 2024 17:21
151
“Yuventus” Alleqrini əvəzləməyə üç namizəd tapıb

“Yuventus”un baş məşqçi postuna namizədlər bəlli olub.

İdman.biz xəbər verir ki, Turin təmsilçisi Massimiliano Alleqrini əvəzləyə biləcək mütəxəssisləri müəyyənləşdirib.

Hazırkı baş məşqçi postunu bu yay tərk etsə, Tyaqo Motta, Vinçentso İtalyano və Rafaele Palladinodan biri bu vəzifəyə gətiriləcək. Hər üç məşqçi hazırda öz klubunda çalışır. Motta “Bolonya”da, İtalyano “Fiorentina”da, Palladino “Montsa”da işləyir.

Qeyd edək ki, Alleqrinin müqaviləsi 2025-ci ilin yayında başa çatacaq. Lakin onun öz istəyi ilə postundan ayrılması və ya istefaya göndərilməsi gözləniləndir.

İdman.biz

Məqalədə: