“Qarabağ”ın legioneri Andrey Lunyov çağırıldığı Rusiya millisinin iki əsas qapıçısından biridir.
İdman.biz xəbər verir ki, bunu yığmanın qapıçılar üzrə məşqçisi Vitali Kafanov açıqlayıb.
O bildirib ki, Serbiya və Paraqvayla yoldaşlıq oyunlarına 4 qolkiper çağırılsa da, artıq seçimini edib. Kafanov onlardan ikisini əsas qapıçı hesab etdiyini vurğulayıb: “İndi bir nömrənin kim olduğunu deyə bilmərəm. Bizim klublar avrokuboklarda oynasaydı, ya da Lunyov Rusiya çempionatında çıxış etsəydi, onunla Matvey Safonuv arasında müqayisə mümkün idi. Andrey sentyabrdan başlayaraq çox yaxşı və uzun dövr keçirir. Avrokuboklarda çıxış edən komandada forma geyinir. O, orada çox sayda matça çıxıb. Yalnız təlim-məşq toplanışında onları müqayisə edə bilərəm. Açığını desəm, Matveylə Andreyə qarşıdakı iki görüş üçün əsas qapıçı kimi baxırıq”.
Qeyd edək ki, Rusiya millisi martın 21-də Serbiya, dörd gün sonra Paraqvayla qarşılaşacaq.
İdman.biz
