Avropa Liqasında 1/4 final cütləri müəyyənləşib

Xəbərlər
15 Mart 2024 16:16
262
Avropa Liqasında 1/4 final cütləri müəyyənləşib

Avropa Liqasında mövsümün son püşkatma mərasimi baş tutub.

İdman.biz xəbər verir ki, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki Futbol Evində təşkil olunub.

Mərasimdə 1/4 final, 1/2 final və finalın püşkü atılıb. Mübarizəni davam etdirən klublar öncə 4 cüt təşkil edib.

Avropa Liqası

1/4 final

1. “Milan” - “Roma”

2. “Liverpul” - “Atalanta”

3. “Bayer” - “Vest Hem”

4. “Benfika” - “Marsel”

Yarımfinal

5. 4-cü cütün qalibi – 2-ci cütün qalibi

6. 1-ci cütün qalibi – 3-cü qalibi

Final

5-ci cütün qalibi – 6-cı cütün qalibi

Qeyd edək ki, 1/4 final aprelin 11-də və 18-də, yarımfinal mayın 2-də və 9- da keçiriləcək. “Dublin Arena”dakı final mayın 22-də baş tutacaq.

İdman.biz

Məqalədə: