Kroos yenidən Almaniya millisində

Xəbərlər
14 Mart 2024 17:44
169
Kroos yenidən Almaniya millisində

“Real”ın futbolçusu Toni Kroos Almaniya millisinə qayıdıb.

İdman.biz xəbər verir ki, mərkəz yarımmüdafiəçisi bu gün açıqlanan heyətdə yer alıb.

34 yaşlı futbolçu 2021-ci ildən sonra ilk dəfə yığmanın heyətində olacaq. AVRO-2020-dən sonra milli karyerasını başa vuran Toni komandaya qayıtmağa qərar verib.

Qeyd edək ki, 2010-21-ci illərdə milli forma geyinən yarımmüdafiəçi 106 matçda 17 qol vurub.

İdman.biz

Məqalədə: