Planetin 59-cu komandası – “QARABAĞ”

Xəbərlər
13 Mart 2024 16:37
262
Planetin 59-cu komandası – “QARABAĞ”

Milli çempionatlarda qapı istiqamətində ən çox zərbə endirən klublar bəlli olub.

İdman.biz xəbər verir ki, CİES-in cədvəlində dünyanın 54 liqasından 900 komanda yer alıb.

Bu siyahıda dünya rekordçusu PSV-dir. “Srvena Zvezda” ikinci, “Reyncers” üçüncü pillədə yer alıb.

1. PSV – 21,84
2. “Srvena Zvezda” – 19,31
3. “Reyncers” – 19,31
3. “Lüdoqorets” – 18,87
5. “Feyenord” – 18,72
6. “Seltik” – 18,66
7. “Bavariya” – 18,21
8. “Liverpul” – 18,07
9. “Qalatasaray” – 17,59
10. “Sidney” – 17,50

Azərbaycan Premyer Liqasının rekordçusu “Qarabağ”dır. Çempionatın lideri siyahıdakı 900 komanda arasında 59-cudur.

Premyer Liqada “Araz-Naxçıvan” ikinci, “Turan Tovuz” üçüncüdür. Ən az zərbə vuran komanda “Zirə”dir. Qəsəbə klubu ümumi siyahıda ən az zərbə endirən 15-ci komandadır.

1. “Qarabağ” – 15,04
2. “Araz-Naxçıvan” – 11,73
3. “Turan Tovuz” – 11,64
4. “Qəbələ” – 11,50
5. “Sabah” – 11,31
6. “Neftçi” – 11,27
7. “Kəpəz” – 10,85
8. “Səbail” – 10,23
9. “Sumqayıt” – 8,58
10. “Zirə” – 8,00

İdman.biz

Məqalədə: