Juninyo "Zirə"yə qarşı oynamayacaq, "Bayer"lə görüş sual altındadır – SON DURUM

Xəbərlər
10 Mart 2024 09:42
2 593
Juninyo "Zirə"yə qarşı oynamayacaq, "Bayer"lə görüş sual altındadır – SON DURUM

Avropa Liqasının 1/8 final mərhələsində "Bayer"lə matçda zədələnən Olavio Juninyonun vəziyyətinə aydınlıq gəlib.

Klubdan İdman.bizə verilən məlumata görə, braziliyalı hücumçu Maqnit Rezonans Tomoqrafiyası (MRT) müayinəsindən keçib.

"Sambaçı"nın zədəsi çox ciddi deyil. Lakin Olavionun bu gün Premyer Liqada "Zirə" ilə matçı buraxacağı dəqiqdir. Onun "Bayer"ə qarşı oynayıb-oynamayacağı isə matç günü bəlli olacaq.

Qeyd edək ki, "Qarabağ" Almaniyada "Bayer"lə cavab oyununu martın 14-də keçirəcək.

Emin Ağa
İdman.biz