Avropa çempionatı: U-21 millimizin Şotlandiya sınağı

Xəbərlər
14 Oktyabr 2025 10:09
39
Avropa çempionatı: U-21 millimizin Şotlandiya sınağı

Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində B qrupunun növbəti oyununu keçirəcək.

İdman.Biz xəbər verir ki, Rəşad Eyyubovun baş məşqçisi olduğu komandamız Bakıda Şotlandiyadan olan həmyaşıdları ilə qarşılaşacaq.

“Liv Bona Dea Arena”da keçiriləcək görüşün start fiti saat 19:00-da səslənəcək.

Qeyd edək ki, millimizin yer aldığı B qrupunda Portuqaliya doqquz xalla liderdir. Eyni xala malik Çexiya ikinci, dörd xalı olan Bolqarıstan üçüncüdür. Şotlandiyanın üç, Azərbaycanın isə bir xalı var. Bütün görüşlərdə uduzan Cəbəllütariqin xalı yoxdur.

Avropa çempionatı
Seçmə mərhələsi
14 oktyabr

19:00. Azərbaycan (U-21) - Şotlandiya (U-21)
Baş hakim:
Sayat Karabayev
Baş hakimin köməkçiləri: Yuri Tixonyuk, Yevgeni Belski
Dördüncü hakim: Saken Bayimbet
(Hakimlər briqadası Qazaxıstandandır)
“Dalğa Arena”

İdman.Biz