CAR dünya çempionatına vəsiqə qazanıb

Xəbərlər
14 Oktyabr 2025 22:55
28
CAR dünya çempionatına vəsiqə qazanıb

Cənubi Afrika Respublikası seçmə matçında evdə Ruandanı məğlub edərək 2026-cı il dünya çempionatına vəsiqə qazanıb.

İdman.Biz bildirir ki, Mbombelada keçirilən C qrupunun görüşü 3:0 hesabı ilə başa çatıb.

Cənubi Afrika 18 xalla C qrupunun qalibi olub. Bu, onların 2010-cu il dünya çempionatından sonra ilk mundialları olacaq.

Nigeriya 17 xalla C qrupunda ikinci yeri tutub və 2026-cı ilin martında pley-offa vəsiqə qazana bilər. C qrupunda üçüncüdən altıncı yerə qədər olan Benin, Lesoto, Ruanda və Zimbabve 2026-cı il dünya çempionatında iştirak etməyəcəklər.

Hazırda 23 komanda DÇ-2026-ya vəsiqə qazanıb: Avstraliya, Paraqvay, Kolumbiya, Ekvador, Braziliya, Uruqvay, ABŞ, Mərakeş, Meksika, Tunis, Misir, Kanada, Əlcəzair, Yaponiya, Qana, Kabo-Verde, Yeni Zelandiya, İran, Argentina, Özbəkistan, Cənubi Koreya və CAR.

İdman.Biz