Səudiyyə Ərəbistanı millisi turnirin seçmə mərhələsində İraqla evdə 0:0 hesablı heç-heçə etdikdən sonra DÇ-2026-ya vəsiqə qazanıb.
İdman.Biz bildirir ki, Ciddədə keçirilən B qrupunun görüşü 0:0 hesabı ilə başa çatıb.
Erve Renarın rəhbərlik etdiyi Səudiyyə Ərəbistanı millisi dörd xal qazanaraq B qrupunun qalibi olub. Komanda ardıcıl üçüncü dəfə dünya çempionatında çıxış edəcək. İraq dörd xalla ikinci olub və martda keçiriləcək pley-offa vəsiqə qazana bilər. İndoneziya 0 xalla üçüncü yerdə qərarlaşıb.
Həmçinin bu gün, oktyabrın 14-də Qətər millisi BƏƏ-ni məğlub edərək (2:1) Asiya seçmə turnirindən 2026-cı il dünya çempionatına vəsiqə qazanıb.