Futbol üzrə Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində növbəti oyununu bu gün keçirəcək.
İdman.Biz xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv Polşada Ukrayna yığması ilə üz-üzə gələcək.
Qarşılaşma Krakov şəhərində, Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
Görüşü avstriyalı Sebastyan Qishamer idarə edəcək.
Qeyd edək ki, Fransa D qrupunda doqquz xalla liderdir. Ukrayna dörd xalla ikinci, İslandiya üç xalla üçüncü, Azərbaycan millisi isə bir xalla dördüncü pillədə qərarlaşıb.