İspaniya qələbə seriyasını davam etdirib

Xəbərlər
15 Oktyabr 2025 01:19
37
İspaniya qələbə seriyasını davam etdirib

DÇ-2026-nın seçmə mərhələsinin 4-cü turunda İspaniya Bolqarıstanı məğlub edib.

İdman.Biz xəbər verir ki, Valyadoliddəki “Estadio Municipal Xose Sorrilla”da keçirilən görüş 4:0 hesabı ilə başa çatıb.

Migel Merino iki dəfə (35 və 57-ci dəqiqələr) fərqlənib. Atanas Çernev isə avtoqol (79-cu dəqiqə) edib. Mikel Oyarsabal isə oyunda son nöqtəni qoyub (90+2, penalti).

Luis de la Fuentenin yetirmələri ardıcıl dördüncü qələbəsini qazanıb və E qrupuna liderlik edirlər. Bolqarıstanın isə xalı yoxdur və dördüncü yerdədir.

İspaniya növbəti turda Gürcüstanla noyabrın 15-də səfərdə oynayacaq. Bolqarıstan isə həmin gün Türkiyəyə səfər edəcək.

İdman.Biz