Türkiyə Gürcüstanı böyük hesabla məğlub edib

Xəbərlər
15 Oktyabr 2025 01:12
77
Türkiyə Gürcüstanı böyük hesabla məğlub edib

Türkiyə millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində ev oyununda Gürcüstanı məğlub edib.

Çərşənbə axşamı keçirilən E qrupunda keçirilən qarşılaşma ev sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Türklərdən Merih Dəmiral iki dəfə (22-ci və 52-ci dəqiqələrdə), Kənan Yıldız (14) və Yunus Akgün (35) hərəyə bir dəfə qol vurublar. Gürcüstanın qolunu Giorgi Koçoraşvili (65) vurub.

Türkiyə bu qələbədən sonra 9 xalla E qrupunda ikincidir. Gürcüstanın 3 xalı var.

İdman.Biz