Baş məşqçi: “Mənim üçün Vitinya dünyanın ən yaxşı yarımmüdafiəçisidir”

Xəbərlər
14 Oktyabr 2025 21:05
32
Baş məşqçi: “Mənim üçün Vitinya dünyanın ən yaxşı yarımmüdafiəçisidir”

Portuqaliya millisinin baş məşqçisi Roberto Martines DÇ-2026-nın seçmə mərhələsində Macarıstanla oyun öncəsi PSJ-nin yarımmüdafiəçisi Vitinya haqda danışıb.

İdman.Biz xəbər verir ki, Martinesə görə, hazırda dünyanın ən yaxşı yarımmüdafiəçisi Vitinyadır.

“Mənim üçün Vitinya dünyanın ən yaxşı yarımmüdafiəçisidir. Joau Neveş də fərqli profilə malik olsa da, ən yaxşılardan biridir. Statistikaya görə, Çempionlar Liqasında Vitinya ən yaxşı yarımmüdafiəçi idi”, - Footmercato Martinesdən sitat gətirib.

Oktyabrın 14-də Portuqaliya Lissabondakı “Estadio Jose Alvalade” stadionunda Macarıstanla qarşılaşacaq.

Üç oyundan sonra Portuqaliya 9 xalla F qrupuna başçılıq edir. Macarıstan dörd xalla ikincidir.

İdman.Biz