Elxan Abdullayev: "Cavab oyununda da “Qarabağ” a inanmaq lazımdır”

Xəbərlər
9 Mart 2024 09:59
651
Elxan Abdullayev: "Cavab oyununda da “Qarabağ” a inanmaq lazımdır”

"Qarabağ" "Bayer"ə qarşı ilk hissədə çox yaxşı oynadı. Bu cür güclü rəqibə iki qol da vurduq".

Bunu İdman.bizə Azərbaycanın U-18 millisinin baş məşqçisi Elxan Abdullayev deyib.

O, UEFA Avropa Liqasının 1/8 final mərhələsində "Qarabağ"ın "Bayer"lə Bakıdakı oyununu dəyərləndirib. Təcrübəli mütəxəssis bildirib ki, ikinci hissədə rəqib təziqi artırıb, bir-bir meydançaya əsas futbolçuları buraxıb və nəticədə özünə lazımlı hesabı əldə edib: "Qarabağ"da ilk qolu özümüz onlara hədiyyə etdik. Düzdür, bizim bir şansımız da var idi, amma Juninyo sonuncu qolu vura bilmədi. Hər şeyə rəğmən, "Qarabağ" yaxşı oyun keçirdi. Hamı istəyirdi ki, 2:0 hesabdan sonra "Qarabağ" qalib gəlsin. Lakin reallıq var ki, "Bayer" 34 oyun idi ki, uduzmurdu. Bir sözlə, "Qarabağ" "dostoynıy" oyun nümayiş etdirdi. Bizi növbəti həftədə yaxşı və maraqlı oyun gözləyir. Yenə də "Qarabağ" a inanmaq lazımdır".

Qeyd edək ki, qarşılaşma 2:2 hesabı ilə başa çatıb. "Bayer" - "Qarabağ" oyunu isə martın 14-də "Bay Arena"da baş tutacaq.

Banuçiçək Hüseynli

İdman.biz

Məqalədə: