Safonov Andrey Lunyov barədə: “Necə hazır olduğu bilinəcək”

Xəbərlər
4 Mart 2024 16:55
440
Safonov Andrey Lunyov barədə: “Necə hazır olduğu bilinəcək”

“Qarabağ”ın qapıçısı Andrey Lunyovun Rusiya millisinə çağırılması yığmada rəqabəti artırıb.

İdman.biz xəbər verir ki, “Krasnodar”ın qolkiperi Matvey Safonov həmyerlisi ilə rəqabətə münasibət bildirib.

O, millinin əsas qapıçısının adına hazırlıq prosesində aydınlıq gələcəyini qeyd edib: “Lunyovla rəqabət? Onunla yaxşı münasibətlərimiz var. Andreyi millidə görməyə şad olaram. Onun yığmanın heyətində yer almaq üçün rəqabət apara biləcəyinə məşqlərdə aydınlıq gələcək. Onda kimin necə hazır olduğu bilinəcək. Yəqin ki, artıq toplanışda kimin qapıda dayanacağı həll olunacaq”.

Qeyd edək ki, Rusiya millisinin mart ayında keçiriləcək yoldaşlıq oyunları üçün açıqlanan ilkin siyahıda 38 futbolçu yer alıb. Andrey Lunyov da həmin heyətə daxil edilib.

İdman.biz

Məqalədə: