“Əgər Lunyov Rusiya millisinin geniş heyətinə daxil edilibsə, deməli buna layiqdir”.
İdman.biz xəbər verir ki, bunu “Qarabağ”ın qapıçısı Andrey Lunyovun agenti Anton Smirnov deyib.
O, maraqlarını qoruduğu futbolçunun Rusiya yığmasının bu gün açıqlanan ilkin heyətində yer almasına münasibət bildirib: “Mən bunu çox demişəm. Fikrimcə, Andrey hazırda ən yaxşı rusiyalı qapıçıdır. İndi Rusiya Premyer Liqası başlayacaq və digər qapıçıların necə təsir bağışlayacağını görəcəyik. Müqayisə etmək çətindir. Çünki Rusiyada iki ay oyun olmayıb. Mənim üçün Lunyovun yığmaya çağırılması proqnozlaşdırılan idi. Bunu gözləyirdim. Düşünürəm ki, Andrey indi Paraqvay və Serbiya ilə matçlar üçün əsas siyahıya düşməli olacaq. Onun oynadığı “Qarabağ”ın “Bayer”lə martın 7-də və 14-də oyunları var”.
Qeyd edək ki, Rusiya millisi martın 21-də Serbiya və 25-də Paraqvayla qarşılaşacaq.
İdman.biz