Azərbaycan Premyer Liqasında 5 futbolçu cəzalı duruma düşüb

Xəbərlər
26 Fevral 2024 13:39
122
Azərbaycan Premyer Liqasında 5 futbolçu cəzalı duruma düşüb

Azərbaycan Premyer Liqasının XXIV turunun oyunlarından sonra 5 futbolçu cəzalı duruma düşüb.

İdman.biz xəbər verir ki, buna həmin oyunçuların sarı vərəqə limitini doldurması səbəb olub.

“Sumqayıt” daha çox itki ilə üzləşib. “Qarabağ”la matçdakı (0:2) xəbərdarlıqlar Elvin Bədəlov və Abu Dossonun növbəti turda oynamasına “qırmızı işıq” yandırıb. Onlar “Kəpəz”lə ev qarşılaşmasında iştirak edə bilməyəcəklər.

“Zirə” də növbəti tura itki ilə çıxacaq. Qismət Alıyev “Araz-Naxçıvan”la görüşdə (3:0) mövsümdəki 8-ci “sarı”sini alıb. O, “Turan Tovuz”la ev oyununu buraxacaq.

“Səbail” XXV tura itki ilə çıxacaq. Adil Nağıyev “Sabah”la görüşdə (2:0) xəbərdarlıq alıb. O, “Qəbələ” ilə səfər matçını buraxacaq.

Həftəiçi təxirəsalınmış qarşılaşmaya çıxacaq “qırmızı-qaralar” da “Qarabağ"la matçda itki ilə oynayacaq. Emil Səfərov “Kəpəz”lə görüşdə (1:2) cəzalı duruma düşüb.

Qeyd edək ki, XXV turun oyunları martın 1-3-də, təxirə salınmış görüş fevralın 28-də keçiriləcək.

Vüqar Xeyrullayev
İdman.biz