Ceyhun Sultanov: “İnanmıram ki, “Bayer” “Qarabağ”a qələbə üçün şans versin”

Xəbərlər
25 Fevral 2024 15:20
1 499
Ceyhun Sultanov: “İnanmıram ki, “Bayer” “Qarabağ”a qələbə üçün şans versin”

“Bayer”lə öncə də oynamışıq, bizə tanış rəqibdir”.

Bunu İdman.bizə Azərbaycan millisinin sabiq futbolçusu Ceyhun Sultanov deyib.

O, UEFA Avropa Liqasının 1/8 final mərhələsinin püşkünü dəyərləndirib. Sultanov bildirib ki, “Bayer” “Qarabağ”dan üstündür: “Ağır oyun keçəcək. “Qarabağ”ın şanslarını 30 faiz qiymətləndirirəm. İnanmıram ki, “Bayer” bizə qələbə üçün şans versin. Lakin bu, futboldur. Hər şey ola bilər. Hər zaman demişəm ki, “Qarabağ”ın oyunundan öncə bizə uğurlar arzulamaqdan başqa nəsə qalmır”.

Qeyd edək ki, “Qarabağ” “Bayer”lə ilk oyunu martın 7-də Bakıda, cavab matçını 1 həftə sonra səfərdə keçirəcək.

Banuçiçək Hüseynli
İdman.biz