Ayxan Abbasov: “Azarkeşləri qızışdırmaq olmaz”

Xəbərlər
24 Fevral 2024 18:00
446
Ayxan Abbasov: “Azarkeşləri qızışdırmaq olmaz”

"Öz meydanımızda qələbə qazanmaq istəyirdik. Futbolçularıma sona qədər mübarizə apardıqları, təslim olmadıqları üçün təşəkkür edirəm".

İdman.biz xəbər verir ki, bunu "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov deyib.

Azərbaycan Premyer Liqasının XXIV turunun "Neftçi" ilə ev oyunundan sonra mətbuat konfransına qatılan mütəxəssis görüşü dəyərləndirib: "Bizim azarkeşlər hər rəqibə Tovuz səfərini hiss etdirirlər. Bu gün hər iki komanda qalib gəlmək istəyirdi. Rəqibin fərdi keyfiyyətləri yaxşı olan futbolçuları var. VAR-da ofsayd xəttini necə çəkdiklərini bilmirəm. Filip Ozobiç öndə görünürdü. "Neftçi" ilə görüşdə məğlub olmamaq vacib idi. Çempionatda mübarizə gərginləşir. Sonadək bu gərginliyin içində olmaq istəyirik".

Abbasov komandadakı rəqabətdən də danışıb: "Matç üçün heyəti qurmaqda çətinlik çəkirəm. Komandada yaxşı rəqabət var. Əsas heyətdə olmayan futbolçular da çox istəkli idilər. Meydana sonradan daxil olanlar canlarını qoydular. Komanda da belə olmalıdır. Qarşıdakı matçlarda da rotasiyalar olacaq. "Neftçi"nin baş məşqçisinə təşəkkür edirəm. Çox mədəni insandır. Hakim elə bildi ki, biz mübahisə edirik. Futbolçulara qələbə ruhu vermək istəyirdik. Məğlub olmaq istəmirdik. Ötən il öz klubunda oynamayan futbolçular milliyə dəvət olunurdu. Aşağı pillələrdə olan klubların futbolçularına diqqət edilmir. Yeni baş məşqçinin buna fikir verəcəyinə ümid edirəm. Millinin qapıları hər kəsə açıq olmalıdır. Aqil Məmmədov Qara Qarayevin başına nəsə atıldığını dedi. Ona gördüyümüzü dedim. Azarkeşləri qızışdırmaq olmaz. Vəziyyəti sakitləşdirə bildik".

Qeyd edək ki, "Turan Tovuz" "Neftçi" ilə qollu heç-heçə edib – 1:1.

İdman.biz

Məqalədə: