Simon Banza: “Qarabağ”la matçda mümkünsüz nəsə yoxdur”

Müsahibə
21 Fevral 2024 21:32
1 003
Simon Banza: “Qarabağ”la matçda mümkünsüz nəsə yoxdur”

“⁠Qarabağ” çox yaxşı komandadır. Amma biz də bu oyuna yaxşı hazırlaşmışıq”.

İdman.biz xəbər verir ki, bunu Portuqaliyanın “Braqa” klubunun futbolçusu Simon Banza “Qarabağ”a qarşı Bakıda keçiriləcək Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu ilə bağlı mətbuat konfransında deyib.

O bildirib ki, sabah baş tutacaq qarşılaşmada əsas məqsədləri 2:4 hesablı məğlubiyyətin revanşını almaqdır: “Bu səbəbdən yaxşı oyun sərgiləyib, növbəti mərhələyə çıxmaq istəyirik. Hazırda çox istəkliyik. Mümkünsüz nəsə yoxdur. Rikardo Hortanın yerinə Brumanın heyətə qayıtması komanda üçün yaxşı bir haldır. O, yaxşı oyunçudur. Həm qol vurmağı bacarır, həm də assist etməyi bacarır. Bu bizim üçün xoş xəbərdir. İnanıram ki, o, sabah bizim üçün assist etməyi bacaracaq”.

27 yaşlı hücumçu “Braqa” rəhbərliyinin qarşılarına tələb qoymasına münasibət bildirib: “⁠Bu, psixoloji cəhətdən baxır kimə necə təsir edəcək. Bunu təziq kimi görürsünüz. Amma bu bizə əlavə motivasiya verir. Çünki biz hər oyuna qələbə üçün çıxırıq”.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Braqa” oyunu saat 21:45-də start götürəcək.

Banuçiçək Hüseynli
İdman.biz