Sevgililər günündə klubunu sevənlərin siyahısı açıqlanıb

Xəbərlər
14 Fevral 2024 15:36
463
Sevgililər günündə klubunu sevənlərin siyahısı açıqlanıb

Eyni klubda ən uzun müddət çıxış edən futbolçuların siyahısı açıqlanıb.

İdman.biz xəbər verir ki, CİES sevgililər günü münasibətilə klubunu sevənlərin cədvəlini tərtib edib.

Dünyanın 60 liqasını əhatə edən siyahıda indiki klubunda fasiləsiz ən çox mövsüm keçirənlər yer alıblar. Siyahıya ən azı 10 mövsüm eyni komandada olanlar daxil edilib.

Rekord rusiyalı qapıçı İqor Akinfeyevə məxsusdur. 38 yaşlı veteran 21 mövsümdür MOİK-ə sadiqdir.

Azərbaycan rekordçusu Maksim Medvedev siyahıya düşməyib. 18 mövsümdür “Qarabağ”a sadiq olan müdafiəçi liqamızın 60 çempionat sırasına düşməməsi üzündən kənarda qalıb.

1. İqor Akinfeyev (MOİK) - 21
2-3. Rizvan Utsiyev (“Axmat”) – 19
Ali Haseyf (“Əl-Cəzirə”) – 19
4-8. Steffen Haqen (“Odds”) – 18
Huikanq Çai (“Şanxayi Port”) – 18
Venjun Lü (“Şanxay Port”) – 18
Hisaşi Yogo (“Avispa Fukuoka”) – 18
Lyuis Stevenson (“Hibernian”) –
18
9-10. Toşihiro Aoyama (“Sanfreççe Hirosima) – 17,5
Leyq Broksham (“Melburn Victoriya”) – 17,5

İdman.biz

Məqalədə: