Beynəlxalq Futbol Federasiyası (FIFA) növbəti prezident seçkilərində iştirak edəcək üç namizədin adını açıqlayıb. Namizədlər hazırkı prezident Canni İnfantino, Fransa Futbol Federasiyasının prezidenti Filipp Diallo və Yaponiya Futbol Assosiasiyasının sabiq rəhbəri Kodzo Tasiamadır.
İdman.Biz xəbər verir ki, FIFA-nın rəsmi saytında namizədlərlə bağlı məlumat dərc olunub.
Filipp Diallo Fransa Futbol Federasiyasının prezidentidir. Kodzo Tasiama isə əvvəllər Yaponiya Futbol Assosiasiyasına rəhbərlik edib və 2015-ci ilin aprelindən FIFA-nın tərkibində təmsil olunur. Canni İnfantino 2016-cı ildən qurumun prezidentidir.
FIFA-nın yeni prezidentinin seçkiləri 2027-ci il martın 18-də Mərakeşin paytaxtı Rabatda keçiriləcək təşkilatın 77-ci Konqresi çərçivəsində baş tutacaq.
Qeyd edək ki, namizədlərin irəli sürülməsi ilə bağlı sənədlər FIFA-nın üzv assosiasiyalarının fəaliyyətini tənzimləyən qaydalara uyğun olaraq seçki komissiyasına göndərilib. Komissiya namizədlərin seçkilərdə iştirakına icazə verilməsi məsələsinə baxacaq.
FIFA-nın nizamnaməsinə və seçki təqviminə əsasən, üzv assosiasiyalara irəli sürülmüş və seçkilərdə iştirakı təsdiqlənmiş namizədlərin adları barədə ən geci 2027-ci il fevralın 18-də məlumat veriləcək.
