“Milan” və “Qalatasaray” Bruno Fernandeşlə maraqlanır

19 Noyabr 2026 14:22
35
“Milan” və “Qalatasaray” Bruno Fernandeşlə maraqlanır

“Mançester Yunayted” futbol klubunun kapitanı Bruno Fernandeş karyerasını İngiltərədən kənarda davam etdirə bilər.

İdman.Biz italiyalı jurnalist Nikolo Şiraya istinadla xəbər verir ki, “Milan” və “Qalatasaray” portuqaliyalı yarımmüdafiəçinin xidmətində maraqlıdır. 32 yaşlı futbolçu gələn ilin iyulunda azad agent statusu ala bilər.

“Mançester Yunayted” Fernandeşə müqaviləsini 2029-cu ilədək uzatmağı təklif edib. Lakin hazırda tərəflər arasında yeni sözləşmə ilə bağlı razılıq əldə olunmayıb.

Qeyd edək ki, Bruno Fernandeş ötən il “Əl-Hilal”ın sərfəli təklifini qəbul etməyib. Səudiyyə Ərəbistanı klubu onun transferi üçün “Mançester Yunayted”ə 100 milyon funt sterlinq (223,25 milyon manat) ödəməyə, futbolçunun özünə isə həftəlik 700 min funt sterlinq (1 milyon 562 min 750 manat) maaş verməyə hazır olub. Bu məbləğ portuqaliyalı yarımmüdafiəçinin İngiltərə klubundakı həftəlik 250 min funt sterlinqlik (558 min 125 manat) maaşından təxminən 2,8 dəfə çox idi.

İdman.Biz