İtaliya klubu itlə müqavilə imzaladı - FOTO

19 Noyabr 2026 13:53
70
İtaliya klubu itlə müqavilə imzaladı

İtaliyanın “Empoli” futbol klubu qeyri-adi transferə imza atıb.

İdman.Biz xəbər verir ki, A Seriyasında çıxış etmiş komanda Maui adlı iti rəsmi maskotu təyin edib.

Klub yeni maskotun təqdimatını peşəkar futbolçuların transfer mərasimlərinə bənzər şəkildə təşkil edib. Maui üçün “Empoli”nin şərfi hazırlanıb, müqavilə imzalanma mərasimi keçirilib və onunla fotosessiya təşkil olunub.

Bundan sonra Maui klubun müxtəlif tədbirlərində iştirak edəcək, stadionun tribunalarında azarkeşlərin qarşısına çıxacaq və media layihələrində yer alacaq.

İdman.Biz
Məqalədə: