Azərbaycan millisi Türkiyə klubunu məğlub etdi

10 Oktyabr 2026 00:41
70
Azərbaycan millisi Türkiyə klubunu məğlub etdi

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Türkiyədə keçirilən təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununa çıxıb.

İdman.Biz istinadən xəbər verir ki, yığmamız Antalyada “Antalyaspor”un qadın komandası ilə qarşılaşıb.

Görüş Azərbaycan millisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Komandamızın heyətində Nigar Mirzalıyeva 40-cı, Manə Mollayeva isə 69-cu dəqiqədə fərqlənib.

İdman.Biz