“Araz-Naxçıvan” “Kəpəz”ə qarşı oyuna neçə itki ilə çıxacaq? - KLUBDAN İDMAN.BİZ-ə AÇIQLAMA

8 Oktyabr 2026 13:30
86
“Araz-Naxçıvan” “Kəpəz”ə qarşı oyuna neçə itki ilə çıxacaq? - KLUBDAN İDMAN.BİZ-ə AÇIQLAMA

Futbol üzrə Misli Premyer Liqasının yeddinci turunda “Kəpəz”in qonağı olacaq “Araz-Naxçıvan”ın heyətində itkilər müəyyənləşib.

Naxçıvan təmsilçisinin sözçüsü Mahal Məmmədov İdman.Biz-ə verdiyi məlumata görə, Mamadu Kane sözügedən oyunda iştirak edə bilməyəcək.

“Yarımmüdafiəçi mövsümdə aldığı dörd sarı vərəqə səbəbindən cəzalı duruma düşüb”, - deyə o açıqlamasında bildirib.

Qeyd edək ki, “Araz-Naxçıvan” - “Kəpəz” görüşü oktyabrın 9-da keçiriləcək. Şamaxı şəhər stadionunda reallaşacaq görüşün start fiti 16:00-da səsləndiriləcək. “Araz-Naxçıvan” iki xalla turnir cədvəlinin 12-ci pilləsində yer alıb. Yeddi xala malik “Kəpəz” isə yeddincidir.

İdman.Biz