Türkiyənin “Trabzonspor” futbol klubunun yeni baş məşqçisi bəlli olub.
İdman.Biz xəbər verir ki, komandanı bundan sonra Tomas Rays çalışdıracaq. Tərəflər arasında razılığın əldə olunduğu bildirilib.
Hazırda Bolqarıstanın “Ludoqorets” komandasına başçılıq edən almaniyalı mütəxəssisin bu gün Trabzona gələcəyi gözlənilir. Məlumata görə, o, sentyabrın 19-da Superliqada “Qalatasaray”a qarşı keçiriləcək matçda komandanın sükanı arxasında olacaq.
Qeyd edək ki, “Trabzonspor”da Hüseyn Çimşir müvəqqəti baş məşqçi vəzifəsini yerinə yetirirdi.
