Bakı Olimpiya Stadionunda işlərə start verilib, ot örtüyü oktyabrın 5-dək tam hazır olacaq

8 Sentyabr 2026 14:39
84
Bakı Olimpiya Stadionunda işlərə start verilib, ot örtüyü oktyabrın 5-dək tam hazır olacaq

“Sabah” futbol klubunun UEFA Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi Bakı Olimpiya Stadionunun ot örtüyünün bərpası ilə bağlı intensiv işlərə start verilib.

İdman.Biz AZƏRTAC-a istinadən xəbər verir ki, artıq örtüyün üst təbəqəsi çıxarılıb. Meydançaya qum təbəqəsi vurulmaqla yeni səviyyə verilir.

Artıq ot örtüyü üçün təbii rulonlar sifariş edilib. Meydançanın sentyabrın sonu, ən geci isə oktyabrın 5-dək tam hazır olacağı bildirilib.

Bərpa işləri SİS və “Aqrosport” şirkətləri tərəfindən həyata keçirilir.

Qeyd edək ki, “Sabah” Çempionlar Liqasının əsas mərhələsində mübarizəyə sentyabrın 10-da İngiltərədə “Mançester Yunayted”ə qarşı keçirəcəyi oyunla start verəcək. Azərbaycan çempionu ilk ev matçına isə oktyabrın 13-də çıxacaq. Liqa mərhələsinin II turuna təsadüf edəcək görüşdə rəqib Çexiyanın “Slaviya Praqa” komandası olacaq.

İdman.Biz