Koxalski “Qarabağ” azarkeşləri ilə vidalaşdı: “Sizdən böyük xatirələrlə ayrılıram”

8 Sentyabr 2026 14:22
84
Koxalski “Qarabağ” azarkeşləri ilə vidalaşdı: “Sizdən böyük xatirələrlə ayrılıram”

“Qarabağ” mənə xaricdə ilk macəramı yaşamaq fürsəti verdi”.

İdman.Biz xəbər verir ki, bu fikirləri “Qarabağ”dan ayrılan Mateuş Koxalski özünün “Instagram” səhifəsində Azərbaycan azarkeşlərinə ünvanlandığı vida yazısında qeyd edib.

Polşalı qapıçı vurğulayıb ki, Azərbaycana gələndə çox az tanınırdı, lakin “Qarabağ” onun Çempionlar Liqasında oynamaq arzusunu gerçəkləşdirən klub oldu.

“Mənə göstərilən etimada və inkişaf etmək üçün yaradılan imkanlara görə kluba, nəticədən və meydandakı çıxışımdan asılı olmayaraq hər zaman yanımda olan azarkeşlərə təşəkkür edirəm. Çempionluğu birlikdə qeyd etdiyimiz anları heç vaxt unutmayacağam.

İndi isə yeni bir çağırışın vaxtıdır. Buradan əvəzsiz təcrübə və ömür boyu mənimlə qalacaq xatirələrlə ayrılıram.

Hər şey üçün təşəkkür edirəm, Qarabağ!” - 26 yaşlı qapıçı qeyd edib.

Qeyd edək ki, 2024-cü ilin yayında “Qarabağ”a keçən polşalı qapıçı bu müddətdə 76 oyun keçirib. O, Ağdam təmsilçisi ilə birlikdə Azərbaycan çempionu olub (2024/25), UEFA Çempionlar Liqasının 1/8 finala vəsiqə uğrunda pley-offuna qədər irəliləyib və turnirdəki 40 seyvlə "Top-3"də qərarlaşıb. Bundan sonra o Polşanın “Vyeçista” klubunun çərçivəsini qoruyacaq.

İdman.Biz
Məqalədə: