Belçika Kral Futbol Assosiasiyası qarşıdan gələn FIFA prezident seçkilərində qurumun hazırkı rəhbəri Canni İnfantinonu dəstəkləməyəcək.
İdman.Biz xəbər verir ki, bu barədə Belçika Kral Futbol Assosiasiyasının saytı məlumat yayıb.
Federasiya bu qərarın FIFA-nın indiyədək şəffaflıq nümayiş etdirmədiyi iki əsas məsələ ilə bağlı olduğunu bildirib.
Birinci məsələ “FIFA Forward Enterprise” layihəsi ilə əlaqədardır.
Assosiasiyasa qeyd edib ki, bu iş üzrə bir sıra mühüm qərarların qəbul edilməsinin və qiymətləndirmələrin arxasında dayanan əsas səbəblər barədə hazırda kifayət qədər məlumat yoxdur.
İkinci məsələ isə 2026-cı il dünya çempionatında ABŞ millisinin hücumçusu Folarin Baloqunun Belçika ilə oyundan əvvəl qırmızı vərəqəsinin ləğv edilməsi ilə bağlıdır.
Belçika Federasiyası bildirib ki, FIFA-dan bu qərarın hansı səbəbdən qəbul edildiyinə dair aydın izahat almayıb. Həmçinin qurum gələcəkdə bu cür halların necə həll olunacağı ilə bağlı da FIFA-dan açıqlama gözləyir.
Qeyd edək ki, Baloqunun qırmızı vərəqəsi 2026-cı il dünya çempionatının 1/8 finalında ABŞ - Belçika matçından əvvəl ləğv edilmişdi.
