“Sabah”ın “Mançester Yunayted” sınağı: üç futbolçunun iştirakı sual altındadır - Klubdan İDMAN.BİZ-ə AÇIQLAMA

7 Sentyabr 2026 14:10
95
“Sabah”ın “Mançester Yunayted” sınağı: üç futbolçunun iştirakı sual altındadır - Klubdan İDMAN.BİZ-ə AÇIQLAMA

UEFA Çempionlar Liqasının əsas mərhələsində “Mançester Yunayted”lə qarşılaşacaq “Sabah”ın İngiltərəyə səfər planı müəyyənləşib.

Klubun mətbuat katibi Elnur Həmidov İdman.Biz-ə açıqlamasında bildirib ki, komanda sabah günorta saatlarında İngiltərəyə yola düşəcək.

O bildirib ki, “Sabah”ın heyətində bir neçə zədəli futbolçu var və onların “Mançester Yunayted”lə görüşdə iştirak edib-etməyəcəyi hələlik məlum deyil:

“Zədəli futbolçular arasında Ksander Severina, Stiv Solvet və Umarali Raxmonaliyev də yer alır. Onların oyuna qədər tam hazır olub-olmayacağı dəqiq deyil”.

Qeyd edək ki, “Mançester Yunayted” - “Sabah” matçı sentyabrın 10-da keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da “Old Trafford” stadionunda başlayacaq.

İdman.Biz