”Qəbələ”nin hücumçusu: “Daha yüksək yerlərdə olmalıyıq” - MÜSAHİBƏ

7 Sentyabr 2026 14:25
91
”Qəbələ”nin hücumçusu: “Daha yüksək yerlərdə olmalıyıq” - MÜSAHİBƏ

“Bu cür performansı qorumalı və bu yolda davam etməliyik. “Kəpəz”in yeni stadionu və yaxşı enerjisi var”.

Bunu ”Qəbələ”nin hücumçusu Karim Rossi sportal.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- Kaxaber Tsxadadze istefaya göndərildi. Onun getməsi sizdə pozitivilik yaratdı? Necə oldu ki, gürcü mütəxəssis vəzifəsindən gedən kimi qalib gəldiniz?

- Futbolda insanlar gəlib-gedir və klub baş məşqçini dəyişdirmək qərarını verdi. Asif Məmmədov və heyəti taktiki dəyişikliklər etdi, biz də onun planını yerinə yetirdik. O, bizdən ürəklə oynamağımızı istədi. Həftə ərzində bizi pozitivliklə işləməyə məcbur etdi və bu nəticə məni təəccübləndirmir.

- Növbəti turda rəqibiniz “Kəpəz” olacaq. Onları səfərdə məğlub edə biləcəksiniz? Bu mövsüm “Kəpəz”ə qarşı yeni stadionunda oynamaq çətin olacaq?

- Bu cür performansı qorumalı və bu yolda davam etməliyik. “Kəpəz”in yeni stadionu və yaxşı enerjisi var. Çox çətin oyun olacaq və biz yaxşı hazırlaşacağıq.

- Ötən mövsüm “Şamaxı”da çox qol vurmuşdun və hamı sənin haqqında danışırdı. “Qəbələ”də eyni şey baş verəcək?

- Ötən mövsüm yaxşı keçdi, amma indi məqsədim “Qəbələ”yə qollarım və performansımla kömək etməkdir. Klub buna layiqdir və daha yüksək yerlərdə olmalıdır. Mən də eyni performansı göstərəcəyimə ümid edirəm.

İdman.Biz