“Qarabağ” futbol klubundan ayrılmağa hazırlaşan polşalı qapıçı Mateuş Koxalskinin yeni klubu müəyyənləşib.
İdman.Biz weszlo.com-a istinadən xəbər verir ki, 26 yaşlı qolkiper Krakovun “Vyeçista” klubuna keçəcək. Transfer məbləğinin 500 min avro olacağı iddia edilib.
Qış transfer pəncərəsində Koxalskiyə Dortmund “Borussiya”sı da maraq göstərib. Həmin vaxt “Qarabağ”ın qapıçı üçün təxminən 7 milyon avro tələb etdiyi bildirilirdi. Polşalı qolkiper isə Premyer Liqada oynamaq arzusunda olduğunu açıqlamışdı.
Qeyd edək ki, “Qarabağ” Koxalskini 2024-cü ilin yay transfer pəncərəsində 900 min avroya transfer edib.
Polşalı qapıçı bu mövsüm Ağdam təmsilçisinin heyətində 7 oyunda meydana çıxıb və 4 matçda qapısını toxunulmaz saxlayıb. Ümumilikdə isə Koxalski “Qarabağ”da 76 görüş keçirib.
