Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun yeni komandası bəlli olub.
İdman.Biz AZƏRTAC-a istinadən xəbər verir ki, 27 yaşlı hücumçu Ukraynanın “Bukovina” klubu ilə anlaşıb.
Təcrübəli forvard iki-üç gün ərzində yeni komandası ilə müqavilə imzalayacaq. Sözləşmənin detalları bəlli deyil.
Məlumat üçün bildirək ki, “Bukovina” bu mövsüm Ukrayna Premyer Liqasına yüksəlib. Komanda hazırda beş xalla turnir cədvəlinin səkkizinci pilləsində qərarlaşıb.
Xatırladaq ki, Renat Dadaşov son olaraq Polşanın “Motor” klubunda çıxış edib. O, ötən mövsümün sonunda Lublin təmsilçisindən ayrılıb.
