İngiltərə Premyer Liqasının sabiq hakimi Entoni Teylor Türkiyə Futbol Federasiyasının (TFF) Mərkəzi Hakimlər Komitəsinin sədri təyin oluna bilər.
İdman.Biz xəbər verir ki, ingiltərəli mütəxəssisin təyinatı barədə məlumat daha əvvəl Türkiyə Futbol Federasiyasının qərarına istinadən yayılıb.
Həmin məlumatlara əsasən, komitənin yenilənmiş tərkibinə Alan Snoddi, İqor Radoyiçiç və Barış Şimşekin də daxil olacağı bildirilir.
Ehtimal olunan dəyişikliklər Türkiyə futbolunda hakimlik sisteminin yenidən təşkili ilə əlaqələndirilir.
