Bu gün futbol üzrə Misli Premyer Liqasının dördüncü turunda keçiriləcək “Kəpəz” - “Şamaxı” qarşılaşmasına artıq 10 mindən çox bilet satılıb.
İdman.Biz xəbər verir ki, bu barədə “Kəpəz” futbol klubu məlumat yayıb.
Qarşılaşma Gəncə şəhər stadionunda keçiriləcək və saat 20:15-də başlayacaq.
Qeyd edək ki, “Kəpəz” turnir cədvəlində üç xalla yeddinci, “Şamaxı” isə iki xalla doqquzuncu pillədə qərarlaşıb.
