Bəxtiyar Musayev: “Məqsədimiz 20 istedadlı futbolçu üzə çıxarmaqdır”

4 Sentyabr 2026 15:42
107
Bəxtiyar Musayev: “Məqsədimiz 20 istedadlı futbolçu üzə çıxarmaqdır”

Azərbaycanda keçiriləcək 15 yaşadək futbolçular arasında ilk dünya çempionatı və Festivalında çıxış edəcək milli komandanın formalaşdırılması istiqamətində seçim prosesi davam edir.

Bu barədə AFFA-nın Texniki departamentin Skautlar şöbəsinin rəhbəri Bəxtiyar Musayev məlumat verib.

O, “Liv Bona Dea Arena”dakı seçimlərdə 76 nəfərin iştirak etdiyini bildirib.

“Onların arasında bölgələrdən olan uşaqlar da var. Məqsədimiz dünya çempionatı üçün 20 nəfər istedadlı futbolçu üzə çıxarmaqdır. Seçimlərimiz oktyabr ayınadək davam edəcək”, - deyə o AZƏRTAC-a açıqlamasında söyləyib.

Qeyd edək ki, dünya çempionatı oktyabrın 22-31-də təşkil olunacaq.

İdman.Biz