Alvaro Morata artıq “Leqanes”in yeni futbolçusu kimi təqdim olunub. Onun komandanın yeni üzvü kimi ilk günü bir neçə əyləncəli məqamla yadda qalıb.
İdman.Biz xəbər verir ki, yerli azarkeşlərinin qarşısında öz ustalıqnı göstərmək istəyən futbolçu bunu bacarmayıb.
Ənənəvi olaraq topla fəndlər göstərmək vaxtı çatanda Morata texnikasını nümayiş etdirmək qərarına gəlib və hətta “dünyanın ətrafında” fəndini (“Around the World”) etməyə cəhd göstərib. Lakin top dəfələrlə yerə düşüb və nəticədə çox əyləncəli mənzərə yaranıb.
