“Arsenal”ın qapıçısı: “Bütün kubokları qazanmaq istəyirik”

27 Avqust 2026 10:30
85
“Arsenal”ın qapıçısı: “Bütün kubokları qazanmaq istəyirik”

Londonun “Arsenal” klubunun qapıçısı David Raya komandanın cari mövsümdəki hədəflərindən danışıb.

İdman.Biz xəbər verir ki, qolkiperin fikirlərini “Radar” dərc edib.

Xatırladaq ki, ötən mövsümdə “topçular” İngiltərə Premyer Liqasının qalibi olub və Çempionlar Liqasının finalına qədər irəliləyib. London təmsilçisi həlledici qarşılaşmada PSJ-yə penaltilər seriyasında məğlub olub.

“Qalib olmaq istəyirik – birdəfəlik uğurla kifayətlənməyəcəyik. Liqa, kuboklar və Çempionlar Liqası uğrunda mübarizə aparacağıq, çünki daha çoxunu istəyirik. Məqsədimiz bütün kubokları qazanmaqdır və əminik ki, istənilən rəqibə qalib gələ bilərik. Sadəcə özümüzə fokuslanmalı və ötən mövsümdəkindən daha böyük uğur qazanmağa çalışmalıyıq”, – deyə Raya açıqlamasında bildirib.

Mikel Artetanın rəhbərlik etdiyi kollektiv yeni Premyer Liqa mövsümünə “Koventri” üzərində 3:0 hesablı qələbə ilə başlayıb. Bundan əvvəl isə “topçular” İngiltərə Superkubokunda “Mançester Siti”ni 3:0 hesabı ilə məğlub edib.

İdman.Biz
Məqalədə: